EN

"İxrac–idxal əməliyyatları artıq KOB evləri çərçivəsində də həyata keçirilə bilər" - KOBİA DOST Mərkəzinin direktoru

Dövlət- Özəl Sektor- QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində KOBİA DOST Mərkəzinin direktoru Anar Yusifzadə çıxış edərək KOB evlərində göstərilən xidmətlər və sahibkarların müraciətləri barədə məlumat verib.

QHT.az xəbər verir ki, o bildirib ki, sahibkarların fəaliyyəti üçün bir neçə qurumdan, o cümlədən Gömrük Xidmətindən icazələrin alınması tələb olunur və bu məqsədlə KOB evləri çərçivəsində artıq gömrük postu da fəaliyyət göstərir. Bunun sayəsində ixrac–idxal əməliyyatlarının Bakı KOB evi çərçivəsində həyata keçirilməsi mümkün olub:

"KOBİA tərəfindən göstərilən xidmətlərin genişləndirilməsi istiqamətində planlar mövcuddur və sahibkarlardan daxil olan müraciətlərin sayı da kifayət qədər çoxdur. O diqqətə çatdırıb ki, müraciətlərin böyük hissəsi maddi dəstəklə bağlı olur. KOB-lar üçün maliyyə bazarlarına çıxış üzrə əsasən iki dəstək mexanizmi mövcuddur, digər maliyyə məsələləri isə Biznes İnkişaf Fondu və banklar vasitəsilə yönləndirilir. Bununla yanaşı, sahibkarlardan daxil olan bütün təkliflər KOBİA tərəfindən dəyərləndirilir".

Chosen
38
qht.az

1Sources