EN

Aİ ilə Ermənistan arasında imzalanan sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir - XİN

Bakı. Trend:

2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmişAvropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq ŞurasınınVI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-ErmənistanTərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə post-münaqişədövründə reallıqları təhrif edən və bütövlükdə AzərbaycanlaErmənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərinprioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropaİttifaqı və Ermənistan arasında imzalanmış “Avropaİttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinədair şərhində qeyd olunub.

Bildirilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistanarasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəflisənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılmasıqəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqımünasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində,Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtinaetdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiyaetmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbiəməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri”ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasındatərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bukateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycanaqarşı qərəzin açıq-aydın nümunəsidir.

Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümküntöhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiqqərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinindəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycanaqarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.

Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəflixarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsitamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın daErmənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğununəzərə almır.

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı iləVaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradanqaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistansənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşaziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyiniyyətilə bağlı ciddi suallar yaradır.

İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittihamolunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusundaqeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritetkimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidirvə qəbuledilməzdir.

Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdanməhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylımüddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammitizamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüməhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə TrampMarşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddinarahatlıq doğurur. Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləritərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icraetmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyidəstəyi barədə suallar yaradır.

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncütərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərəalındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunanAİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinəxitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının vəmissiyanın tam operativliyinin təmin olunmasınınprioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiəməsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmətedir.

Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarənpost-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonundakeçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir vəErmənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistanvə Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəalarınaradan qaldırılması istiqamətində konkret addımlar atacağınıgözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcəkvə zəruri nəticələr çıxaracağıq.

Chosen
13
43
az.trend.az

10Sources