Rusiya Ermənistanda növbəti il keçiriləcək seçkilər ərəfəsində dezinformasiya kampaniyasını genişləndirir.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ-nin xarici işlər nazirlərinin komitə iclasındakı çıxışında deyib.
O qeyd edib ki, bu cür kampaniyaların bu il əsas hədəfi Moldova olub.
Kallas Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Aİ Moldovada seçkilərin keçirilməsinə nəzarətlə bağlı bu ölkə ilə əməkdaşlığı yüksək qiymətləndirir”, - Kallas əlavə edib.