Bu barədə insayder İqor Burbas yazıb.
Bununla da o, Azərbaycan Premyer Liqasında ən çox maaş alan məşqçilərdən birinə çevrilib.
İnsayder bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılığa gəlinib.
Müqavilə müddəti isə 1,5 illikdir.
Qeyd edək ki, Y.Vernidub ötən gün Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən "Sabah” – "Neftçi” matçını tribunadan izləyib.//Qafqazinfo
