EN

Fövqəladə vəziyyət: Hava balonları təhlükə yaratdı

Litva hökuməti çərşənbə axşamı günü Belarusdan gəldiyi iddia edilən qaçaqmalçı hava balonlarının ictimai təhlükəsizliyi təhdidi səbəbilə ölkədə fövqəladə vəziyyət elan edib. 

"Cebheinfo.az" xəbər verir ki, Litva rəsmiləri Belarusun qaçaqmalçıların siqaret, silah və narkotik maddələri hava balonları vasitəsilə sərhəddən keçirməsinə göz yumduğunu bildirir.

Bu balonlar səbəbilə Vilnüs Hava Limanı dəfələrlə uçuşları dayandırmaq məcburiyyətində qalıb və hava nəqliyyatında ciddi ləngimələr yaşanıb. 

Daxili işlər naziri Vladislav Kondratoviç fövqəladə vəziyyətin yalnız mülki aviasiyadakı fasilələrə görə deyil, həm də milli təhlükəsizlik səbəbilə elan edildiyini bildirib. Qərar orduya daha geniş səlahiyyətlər verir. Bildirilib ki, hərbçilər polis qüvvələri ilə koordinasiyalı şəkildə hərəkət edərək balonlara müdaxilə edəcəklər. Əməliyyatların necə həyata keçiriləcəyi barədə təfərrüatlar açıqlanmayıb və tədbirlərin nə qədər davam edəcəyi dəqiq bilinmir. Belarus bu ittihamları rədd edir və Litvanı təxribatda günahlandırır. Litva isə bu iddiaları təkzib edib. 

Chosen
10
1
cebheinfo.az

2Sources