EN

“RehaPoint” məntəqəsində 3 min 300 şəxsə reabilitasiya xidmətləri göstərilib  

Bərdə şəhərində Qarabağ Regional DOST Mərkəzində 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində ötən dövrdə 3 min 300 şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həmin məntəqədə bölgənin əlilliyi olan sakinlərinin müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təminatı işləri aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “RehaPoint” məntəqəsində əlilliyi olan 330-dan çox şəxsə ehtiyaclarına uyğun olaraq 2 min 100-dən çox reabilitasiya vasitəsi verilib.

Chosen
37
4
azerbaijan-news.az

5Sources