EN

Büdcədə 3 milyon kəsir var Necə qarşılanacaq?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard, kəsiri 3,1 milyard manatdır. İcmal büdcənin gəlirləri 44,9 milyard, xərcləri 48,8 milyard, kəsiri isə 3,9 milyard manat təşkil etməklə 3-cü oxunuşda da dəyişməz olaraq qalır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Əmiraslanov bugünkü plenar iclasda deyib.

“Yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi təklif olunur.

Müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif edilir.

Ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb.

Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq”, – Azər Əmiraslanov qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
globalinfo.az

1Sources