EN

“Ayaks” “Qarabağ”la oyuna 6 itki ilə çıxacaq

“Ayaks” Çempionlar Liqasının VI turunda “Qarabağ”la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, Amsterdam təmsilçisinin 6 futbolçusu sabahkı matçı buraxacaq.

Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gətirilməyib.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matç saat 21:45-də başlayacaq.

Chosen
9
2
msport.az

3Sources