"2026-cı il yanvarın 1-dən tütündən hazırlanan siqaretin hər 1000 ədədi üçün aksiz vergisinin yerli istehsalda 45,5 manatdan 55 manata, idxalda isə 53,5 manatdan 63 manat yüksəldilməsi təsbit olunub. Belə bir vəziyyətdə siqaretə alternativ hesab olunan bəzi tütün məhsulları üzrə aksiz vergilərinin tənzimlənməsi zərurəti yaranmışdır. Əks halda istehlaka olan tələbat aşağıda qeyd olunan digər tütün məhsullarına ötürülə bilər. Bu məqsədlə həmin tütün məhsulları üzrə aksiz dərəcəsinin dəyişdirilməsi təklif olunur"
Ölkə.az xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişiklikdə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar.
Bu məhsullar üzrə aksizin 1000 ədədə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir. Bu məhsullar (IQOS, Glo, Ploom və s. ticarət nişanlı məhsullar) mahiyyət etibarilə siqaretlə eynilik təşkil edir, ölkədə istehsalı yoxdur və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 183 845 min ədəd, dəyəri isə 18 280 000 manat təşkil etmişdir.
Dəyişiklikdə istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir. Yeni dərəcələr təklif edilərkən istehsal edilən siqaretlərin hər ədədi üçün istifadə olunan tütünün çəkisi əsas götürülmüşdür. Belə ki, bir ədəd nazik ölçülü siqaret çubuğu (stick) üçün təxminən 0.34 qram tütün istifadə olunur (müvafiq olaraq 1000 ədəd siqaret üçün təxminən 340 qram). 2026-cı ildə 1000 ədəd yerli istehsal olunan siqaret üçün aksiz dərəcəsinin 55 manat olacağını nəzərə aldıqda 1 kq istifadə olunan tütündən istifadə edildikdə hesablanan aksiz vergisi orta hesabla 162 (1000/340*55) manat təşkil edir. Məhz bu hesablama məntiqi ilə hər iki məhsul üzrə aksiz vergilərinin mahiyyət etibarilə bərabərləşdirilməsi hədəflənir. Yerli istehsalı mövcud deyil və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 2 min kiloqram, dəyəri isə 290 000 manat təşkil etmişdir.
Məcəlləyə dəyişiklik səsə qoyularaq qəbul edilib.
Mürtəza