EN

Yağış suları ilə bağlı bu küçədə təmir işləri aparılacaq

Zaqatala Rayon İcra Hakimiyyəti şəhərin Ərəblinski küçəsində yağış və sel sularının kənarlaşdırılması üçün təmir işləri aparacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, təmirin ehtimal olunan dəyəri 48 365,84 manatdır.

Təmir çərçivəsində bünövrə hörgüsünün sökülməsi və sement ilə xüsusi davamlı məhlulda yenidən qurulması, örtük və əsasın sement-betonla sökülüb bərpası, qum-çınqıl qatışığı ilə əsasların döşənməsi və hamarlayıcı qatların hazırlanması, betondan yastı bünövrə tavalarının qurulması planlaşdırılır.

Şahanə Xankişiyeva

Chosen
4
4
far.az

5Sources