EN

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb

Bakı. Trend:

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının vəBöyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə dəonların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlarhesab olunur.

Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanunlayihələrinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, bu gün artıq 2027-2030-cu illəri əhatəedəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramıhazırlanır.

Ə.Əsədov əlavə edib ki, 2026-2029-cu illərdə dövlətxərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

  • Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
  • İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa vəməskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
  • Müdafiə və milli təhlükəsizlik tədbirləriningücləndirilməsi;
  • Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərindavamlı icrası;
  • Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
  • Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərinkeyfiyyətinin yüksəldilməsi;
  • Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
Chosen
63
9
az.trend.az

10Sources