EN

Peresdən türk futbolçuya 75 milyonluq təklif

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Real Madrid” "Yuventus"un futbolçusu Kenan Yıldızın xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, “Arsenal”ın da futbolçunu transfer etmək istədiyi iddia edilir. Məlumata görə, mövsümün sonunda hər iki klub futbolçunu transfer etmək üçün rəqabət aparaq. "Fichajes"in məlumatına görə, "Real Madrid" Kenan Yıldızı təxminən 75 milyon avro dəyərində qiymətləndirərək transfer etməkdə qərarlıdır. "Yuventus"un Yıldız üçün daha yüksək transfer haqqı tələb edəcəyi bildirilir. "Yuventus"la yeni müqavilə danışıqlarının uğursuz olması səbəbindən Kenan Yıldızın İtaliyadan ayrıla biləcəyi irəli sürülüb.

Qeyd edək ki, Kenan Yıldız hazırda 1,7 milyon avro məvacib alır. Futbolçunun 6 milyon avro tələb etdiyi iddia edilir. “Yuventus”un tələbi rədd etdiyi irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
metbuat.az

2Sources