EN

Türkiyə Qəzzaya qoşun göndərməyə hazırlaşır

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə mümkün hərbi kontingentin yerləşdirilməsi üçün hazırlıqları başa çatdırıb...

Poliqon xəbər verir ki, bu barədə Türkiyə qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, hazırlıq səviyyəsi elədir ki, Fələstin anklavına qoşun göndərilməsi üçün sorğu aldıqdan sonra Türkiyə Silahlı Qüvvələri komandanlığı demək olar ki, dərhal tələb olunan ölçüdə bir bölmə yaradacaq və onu təyinat yerinə göndərəcək.

Nəşrin mənbələri iddia edir ki, ABŞ da Qəzza zolağında türk qoşunlarının olmasını istəyir, lakin İsrail buna qarşıdır. Mənbələrə görə, amerikalılar guya İsrailə təzyiq göstərirlər ki, türk qoşunlarının Fələstin anklavında beynəlxalq missiyada iştirak etməsinə icazə versinlər.

Noyabr ayında Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin HƏMAS hərəkatının Qəzza zolağında nizamlanma istiqamətində konstruktiv addımlar atmağa hazır olduğunu nümayiş etdirdiyini bildirib.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources