Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşüb.
Bununla bağlı Rəşad Nəbiyev “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, görüş zamanı tərəflər "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə ediblər.
“ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük.
Görüş zamanı "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə etdik”, - paylaşımda qeyd olunur.