EN

“İki gün əvvəl yataqda “ölürdüm”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Milan”ın futbolçusu Kristian Pulişiç A Seriyasında “Torino”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, 3:2 hesabıyla bitən görüşdə iki qol vuran amerikalı hücumçu matçla bağlı bunları deyib:

“İki gün əvvəl yataqda “ölürdüm”. Çox xəstə idim, amma qısa zamanda toparlandım və komandama kömək edə bildim. Oyundan bir gün öncə oynayacağımı bilmirdim. Lakin matç günü səhhətim düzəldi və vəziyyət xeyli yaxşılaşdı. İki qolla qələbəyə töhfə verdim. Düzü, qollardan çox qələbəyə sevinirdim”.

“Milan” çempionatda 14 turdan sonra 31 xalla liderdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
futbolpress.az

1Sources