Diyetoloq Sofiya Kovanova verdiyi müsahibədə bildirib ki, yağsız ət və az duzla hazırlanan jelli ət (xolodets) sağlam qida variantı ola bilər.
Editor.az xəbər verir ki, o, düzgün hazırlandığı halda bu yeməyin kollagenlə zəngin olduğunu və bunun da oynaqların, dəri və bir sıra toxumaların sağlamlığına müsbət təsir etdiyini diqqətə çatdırıb.
Kovanovanın sözlərinə görə, jelli ət toyuq, hinduşka və ya mal ətindən, artıq yağdan təmizlənmiş şəkildə hazırlanarsa, pəhriz menyusuna uyğundur.
Diyetoloq həmçinin vurğulayıb ki, böyüklər və uşaqlar üçün jelli ətin tərkibi fərqli olmalıdır:
— Uşaqlar üçün daha yüngül olan toyuq və ya hinduşka,
— Böyüklər üçün isə mal əti və ya mal-tovuq qarışığı daha uyğun hesab olunur.
Kovanova yeməyin faydalı olsa da, həddindən artıq qəbul edilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, bir porsiya 150 qramdan çox olmamalıdır, gün ərzində isə maksimum 250 qram jelli ət qəbul edilməsi məsləhət görülür.
//Gülnarə Abasova, Editor.az