ABŞ Prezident Donald Tramp 12 milyard dollarlıq kənd təsərrüfatı yardımı paketini elan edib.
Publika.az xəbər verir ki, yardımın 11 milyard dollarlıq hissəsi “Fermer Bridge” yardım proqramı çərçivəsində birdəfəlik ödənişlər vasitəsilə fermerlərə yönəldiləcək. Qalan hissəsi isə məhsulları yardım proqramına daxil olmayan fermerlərə veriləcək.
"Biz bu vəsaitləri amerikalı fermerlərə 12 milyard dollar iqtisadi yardım göstərmək üçün istifadə edirik", – deyə prezident vurğulayıb. O əlavə edib ki, Çin və Yaponiya da daxil olmaqla, bir sıra ölkələr ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalını artırmağa razılıq verib.