EN

Macarlar "Qarabağ" üçün Azərbaycana gələcək

"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matç üçün hakim təyinatları müəyyənləşib.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Matçı FİFA referisi Marton Ruş idarə edəcək. Ona yan xətt hakimləri qismində Gerqo Viq-Tarsonyi və Balaş Şalay köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.

Chosen
91
1
sportinfo.az

2Sources