GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu güllə yarasından həyatını itirib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Nicat akademik İsa Həbibbəylinin himayəsində olub.
O, müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib.
Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb.
Mərhumun 37-38 yaşlarında olduğu deyilir.
İlkin versiyaya görə, o özü həyatına son qoyub.
Günel Cəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.