EN

Tramp Ukrayna ilə bağlı səylərini DAYANDIRA BİLƏR

Sülh sazişi baş tutmasa, Tramp vasitəçilikdən imtina edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bəyan edib ki, əgər sülh mümkünsüz olarsa, Tramp geri çəkiləcək.

Metyu Uitaker bildirib ki, Donald Tramp Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətindəki səylərindən imtina edə bilər.

Onun sözlərinə görə, əgər ABŞ prezidenti Rusiya və Ukrayna arasında sülh sazişinin əldə olunmasının qeyri-mümkün olduğu qənaətinə gələrsə, o, bu prosesdən əl çəkəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
40
interpress.az

1Sources