Bakı. Trend:
Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını (EDIP)rəsmən təsdiqləyib.
Trend Şuranınsaytına istinadla xəbər verir ki, proqram Avropa İttifaqınınmüdafiə hazırlığının gücləndirilməsini və Avropa MüdafiəTexnologiya-Sənaye Bazasının (EDTIB) rəqabət qabiliyyətininartırılmasını hədəfləyir.
Bu qərar qanunvericilik prosesinin son mərhələsi olmaqla,proqramın vaxtında icrasına hüquqi zəmin yaradır. Sənədçərçivəsində 2025-2027-ci illərdə ümumilikdə 1,5 milyard avroməbləğində qrant ayrılması nəzərdə tutulur. Bu məbləğin 300 milyonavrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi vədəstəklənməsi məqsədilə yaradılan xüsusi “Ukraynaya dəstək aləti”nəyönəldiləcək.
EDIP, həmçinin istehsal gücünün artırılması və kritikəhəmiyyətli müdafiə məhsullarının tədarükünün sürətləndirilməsinidəstəkləyəcək. Proqram azı üç ölkənin, o cümlədən azı iki Aİüzvünün iştirakı ilə birgə satınalma layihələrininmaliyyələşdirilməsini nəzərdə tutur.
Proqramda məhsulların komponentlərinin ümumi dəyərinin 35faizindən çoxunun Aİ və assosiasiya olunmuş ölkələrdən kənarmənbələrdən təmin edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Aİsəviyyəsində müdafiə təchizat zəncirlərinin dayanıqlığınıngücləndirilməsi üçün ilk dəfə “təchizat təhlükəsizliyi” mexanizmitəsis edilir.