EN

35 yaşlı kişi özünə xəsarət yetirdi

Gəncədə 35 yaşlı kişi xəsarət alıb.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1990-cı il təvəllüdlü S.Məmmədov budunun kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, 35 yaşlı kişi özü-özünə kəsici alətdən xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
25
2
unikal.az

3Sources