EN

Əməkdar jurnalist Naxçıvan televiziyasına rəhbər gətirilir

Sosial şəbəkələrdə əməkdar jurnalist Rəşad Nəsirovun Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə sədr  vəzifəsinə gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb. 

News365.az xəbər verir ki, bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və siyasi qərarın verildiyi iddia olunur.
1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziya kanallarında çalışıb. O, 2015–2020-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsində işləyib.

Əməkdar jurnalist Rəşad Nəsirov 2023–2025-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində də çalışıb.

O, hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, Naxçıvanı təmsil edən deputat Səttar Möhbalıyevin köməkçisi vəzifəsində fəaliyyət göstərir.

İddialara görə, Prezidentin Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun təyinatından sonra Muxtar respublikada kadr islahatlarına start verilib. İslahatlar çərçivəsində nümayəndəlikdə media və ictimaiyyətlə əlaqələrə cavabdeh olan bəzi qalmaqallı məmurların da yaxın vaxtlarda vəzifələrindən azad ediləcəyi bildirilir.
Chosen
36
1
news365.az

2Sources