ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Berlinin Ukraynaya dəstəyi möhkəm və dəyişməz olaraq qalır.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
O bildirib ki, Almaniya Kiyev tərəfdədir və bu ölkəyə yardımını davam etdirmək niyyətindədir.
Eyni zamanda o, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş sülh planının bəzi bəndlərinə şübhə ilə yanaşdığını vurğulayıb.
Kanslerin sözlərinə görə, Amerikanın təşəbbüsündə yer alan bir sıra elementlər əlavə müzakirə və qiymətləndirmə tələb edir. Merz qeyd edib ki, məhz bu mübahisəli məqamları təhlil etmək üçün hazırkı danışıqlar raundu təşkil olunub.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.