EN

Bu şəxslər gömrük haqqını hissə-hissə ödəyə biləcəklərVİDEO

"Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcəklər".

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Qeyd edib ki, bu bir neçə gün əvvəl dövlət başçısının imzaladığı "Etibarlı Tərəfdaş" konsepsiyası ilə mümkün olacaq. Onun sözlərinə görə, sənəd sahibkarlıq subyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrinin artırılmasını və gömrük xidmətlərinin modernləşməsini təmin edəcək

Forumda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan "Gömrük rəsmiləşdirilməsi Platformasının yeni rəqəmsal həlləri", "Rəqəmsal əməkdaşlıq platforması" layihələrinin təqdimatı keçirilib. Sözügedən sistem malın gömrük dəyərinin rəqəmsal və obyektiv yəni standartlara uyğun, ölçülə bilən kriteriyalar əsasında müəyyən edilməsini təmin edir. Bu, gömrük dəyərinin təyin edilməsində subyektivlikləri azaldır, sahibkarlar üçün proqnozlaşdırmanı asanlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
122
xezerxeber.az

1Sources