EN

Taksi sürücüsü və sərnişinlərin həyatını itirdiyi qəzanınGÖRÜNTÜLƏRİ

Yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub.

Xezerxeber.az xəbər verir ki, ağır yol nəqliyyat hadisəsi səhər saatlarında Abşeron rayonu Hökməli-Qobu yolunda baş verib. Vətəndaşları ünvana aparan taksi sürücüsü və sərnişinlər qəzanın qurbanları olublar.

Hadisə şahidləri deyir ki, yük avtomobilinin sürəti çox olub.

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
122
xezerxeber.az

1Sources