EN

“Embawood” şirkətinə yeni baş direktor təyin edildi

"Embawood" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təsisçilərin 28 noyabr 2025-ci il tarixli ümumi yığıncağının qərarına əsasən, Emil Vaqif oğlu Əliyev baş direktor vəzifəsinə təyin edilib. Bununla bağlı şirkətin təsisçisi Elşad Abbasov müvafiq əmr imzalayıb.

Emil Əliyev təyinata qədər "Embawood" şirkətində baş direktorun kommersiya işləri üzrə müavini vəzifəsində çalışırdı. O, 08 dekabr 2025-ci il tarixindən etibarən şirkətin baş direktoru vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, "Embawood" şirkətinin rəhbərliyində baş verən struktur dəyişikliyi nəticəsində, keçmiş baş direktor Elşad İnşalla oğlu Abbasov şirkətin Müşahidə Şurasının sədri vəzifəsinə seçilib.


Telegram kanalımız
Chosen
13
4
yenisabah.az

5Sources