EN

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub - FOTO

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib.

Demedia.az xəbər verir ki, Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən  görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına - “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Azərbaycan Nəşriyyatlar Asossasiyası İctimai Birliyinin (ANAİB) təşkil etdiyi Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.
Turan Balabilgə Akademiyasının fəxri üzvləri
1. Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
2. Mahmut Oral – Türk Xalqları Şurası təşkilatının sədri, Turan Akademiyası həmsədri (Türkiyə)
3. Gülcanat Tayauva – Turan Universitetinin prorektoru  (Qazaxıstan)
4. Sultan Raev – TÜRKSOY-un Baş katibi 
5. Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
6. Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
7. Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
8. Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
9. Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyasının sədr müavini  (Qazaxıstan)
10. Almaz Toktomamatov – Respublika Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
11. Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
12. İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
13. Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
14. İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
15. Rüstəm Behrudi – Şair (Azərbaycan)
16. Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)
Turan Balabilgə Akademiyasının qurucu üzvləri
1. Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
2. Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
3. Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun baş direktorunun müavini (Azərbaycan)
4. Gökhan Yazgan – Türk Dünyası Araşdırmalar Vakfı (Türkiyə)
5. Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
6. Elçin İbrahimov – Qarabağ Universiteti Elmi şöbəsinin müdiri (Azərbaycan)
7. Əkbər Qoşalı (Yolçuyev) – DGTYB Məşvərət Şurası başqanı (Azərbaycan
8. Akınbek Ergeşov – Respublika Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
9. Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
10. Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
11. Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
12. Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
13. Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
14. Bekjon Adizov – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
15. Obidjon Şofiyev – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
16. Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Makedoniya)
17. Essum Aslan  – İş xanımı, məktəb qurucusu (Türkiyə)
18. Mehman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan

Chosen
57
4
demedia.az

5Sources