EN

Misli Premyer Liqası: “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb - YENİLƏNİB

Misli Premyer Liqasının XIV turunun “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, qatı duman səbəbindən dayandırılan görüşün bu gün oynanılmamasına qərar verilib.

Baş hakim Tural Qurbanovun 23-cü dəqiqədə dayandırdığı qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, matçın sabah qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

Chosen
56
4
azerbaijan-news.az

5Sources