EN

Qədim nikah üzüyü tapılıb  

Arxeoloqlar Bolqarıstanın Vidin şəhərində qədim Roma dövrünə aid xeyli çəkiyə malik qızıl nikah üzüyü aşkar ediblər. Üzüyün çəkisi 23,63 qramdır. Artefakt qazıntıların son günündə Bononia yaşayış məntəqəsində aparılan qazıntılar zamanı altı metr dərinlikdə tapılıb.

İlkin tədqiqatlara görə, üzük eramızdan əvvəl II-III əsrlərə aiddir. Ornamentdə ər-arvadın təsviri olan oval disk var. Bu da onun nikah üzüyü kimi istifadə edildiyini göstərir. Ziynət əşyası paralel akosiklərlə bəzədilib. Onun tarixən zərgərlik məmulatları ilə tanınan Ratiariya əyalətindəki emalatxanaların birində hazırlandığı düşünülür.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

1Sources