EN

Bu evlərə illərdir kupça verilmir: Səbəb NƏDİR?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Ölkədə təxminən 2 500 bina inşa olunub, lakin bir çoxu istismara verilməkdə gecikir. Əvvəllər bu proses həm çətin, həm də mürəkkəb olduğundan illərlə uzanırdı".Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.O, bildirib ki, gecikmələrin birinci səbəbi tikinti şirkətlərinin şəxsi maraqlarıdır:"Şirkətlər bilirlər ki, vətəndaşlar mənzilləri bünövrə və ya tikinti mərhələsində alır, sonradan isə daha yüksək qiymətə satırlar. Bu səbəbdən binaların istismara verilməsini bilərəkdən gecikdirirlər ki, sənədləşmə prosesindən qazanc götürsünlər. Bu məbləğ adətən mənzilin dəyərinin 2–5%-i qədər olur və müqavilələrdə açıq və ya dolayısı ilə əks olunur".Ekspert bildirib ki, ikinci səbəb isə prosedurun əvvəllər çox mürəkkəb olmasıdır:"2019-cu ilin fevralında Prezident fərmanı ilə sadələşdirilmiş prosedur tətbiq edildi. Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri üzrə dövlət qurumlarının iştirakı ilə binalar tam tikildikdən sonra asan şəkildə istismara verilə bildi. 2019–2022-ci illər ərzində təxminən 1 000 bina bu yolla istifadəyə verildi, yalnız 2019-cu ildə 450 bina istismara qəbul edildi".Onun sözlərinə görə, son iki ildə fərmanın qüvvədən düşməsi prosesin yenidən mürəkkəbləşməsinə səbəb olub:"Gecikmələr təkcə bürokratik əngəllərlə deyil, tikinti şirkətlərinin bilərəkdən prosesi uzatması ilə bağlıdır. Bu hallar adi tikinti layihələrində olduğu kimi, pilot layihələrdə də müşahidə olunur. Təəssüf ki, qanunvericilikdə bu gecikmələrə görə cərimə mexanizmi mövcud deyil. Nəzarət əsasən icra hakimiyyətləri və bir neçə dövlət qurumunun səlahiyyətindədir, lakin bu nəzarət yüngül səviyyədədir və şirkətlərə ciddi təzyiq göstərmək mümkün olmur".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
demokrat.az

1Sources