EN

"Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb Qəbələ şəhərində hökm sürən dumanlı hava şəraitidir.

Görüşün baş hakimi Tural Qurbanov 23-cü dəqiqədə komandaları soyunub-geyinmə otağına göndərib. Hakim briqadası matçın bərpası üçün bir qədər gözləməli olsa da, duman çəkilməyib və qarşılaşma sabaha təxirə salınıb.

Chosen
71
4
publika.az

5Sources