EN

Sertifikasiyadan kəsilən müəllimlərin kütləvi işdən çıxarılmasının ŞOK DETALLARI – Hansı fəsadları olacaq? 

“Müəllimlərin sertifikasiya prosesində kütləvi şəkildə işdən kənarlaşdırılması məktəblərdə kadr çatışmazlığı riski yarada bilər”.

Bu fikirləri  təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, sertifikasiyadan keçə bilməyən, faktiki olaraq işləyən müəllimlərə 1 il əlavə möhlət verilir. Bu müddətdə də müvəffəqiyyət göstərməyənlər sistemdən kənarlaşdırılır. Lakin onların müəllimlik statusu qalır və yenidən hazırlaşıb müəllimlərin işə qəbulu imtahanında iştirak edərək tədrisə qayıtmaq imkanları mövcuddur.

Məmmədli qeyd edib ki, müəllimlərin kütləvi şəkildə işdən çıxarılması təhsil sistemində müəyyən risklər yarada bilər:

“Əlbəttə ki, bu proses müəllim çatışmazlığına səbəb olur. Hazırda Elm və Təhsil Nazirliyinin siyasəti yüksək bilikli, savadlı və peşəkar müəllimlərlə işləməkdən ibarətdir. Ona görə də müəllim sayının azalması onları qorxutmur. Məqsəd sayın çox olması deyil, keyfiyyətin yüksəkliyidir. Lakin müəllim azlığı təhsilin keyfiyyətinə təsirsiz ötüşmür”.

Yüzlərlə

Ekspert bildirib ki, hazırda ölkə üzrə ümumi müəllim çatışmazlığı müşahidə olunmasa da, problem əsasən ucqar bölgələrdə özünü göstərir:

“Uzaq bölgələrdə işləmək istəyənlərin az olması səbəbindən həmin məktəblərdə çatışmazlıq yaranır. Bunun üçün əlavə motivasiya mexanizmləri tətbiq edilməlidir”.

Məmmədli müəllim çatışmazlığının aradan qaldırılması üçün bir neçə təklif də səsləndirib:

• Pensiya yaşına çatan müəllimlərin əlavə müqavilə ilə saxlanılması;
• Gənc mütəxəssislərin ucqar bölgələrə yönləndirilməsi;
• Yardımçı müəllimlərin işə cəlb olunması.

Ekspert həmçinin vurğulayıb ki, müəllimlərin davamlı peşəkar inkişafı üçün sistemik dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər olmadan təhsildə keyfiyyətin yüksəldilməsi mümkün deyil.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
14
1
konkret.az

2Sources