Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Regional qrupundan məlumat verilib. Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb. Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.