EN

AYİD layihə meneceri Berlində keçirilən beynəlxalq Erasmus+ təlim kursunda iştirak edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Berlin şəhərində təşkil olunan “Rəqəmsal Alətlər: Gənclərlə İş sahəsində VR və Süni İntellektin rolu (Digital Tools: VR & AI in Youth Work 2.0)” adlı Erasmus+ təlim kursunda Gənclərin İnkişafı və İnteqrasiyası Assosiasiyasının (AYİD) layihə meneceri Həcər Mahmudova təşkilatın əməkdaşı kimi iştirak edib.

AZƏRTAC xəbər verir ki, təlim kursu gənclərlə iş sektorunda Virtual Reallıq (VR) və Süni İntellektin (Sİ) tətbiqinə dair praktiki bacarıqların artırılmasını, iştirakçıların müasir rəqəmsal alətlərlə tanış olmasını və bu texnologiyaların təhsil mühitində effektiv şəkildə inteqrasiyasını təşviq etməyi hədəfləyir. AYİD-in tərəfdaş təşkilat kimi iştirakı gənclərlə iş sahəsində rəqəmsal innovasiyaların təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Proqram çərçivəsində iştirakçılara VR və Sİ texnologiyalarının gənclərlə iş prosesində istifadəsi, bu sahədə etik və praktiki məsələlər, həmçinin təhsildə rəqəmsal həllərin tətbiqi ilə bağlı interaktiv və təcrübəyə əsaslanan sessiyalar təqdim olunub.

Təlim iştirakçıları VR və Sİ-nin innovasiyaları insan əlaqələri ilə balanslaşdıraraq ünsiyyəti, öyrənməni, iştirakçılığı və rəqəmsal savadlılığı necə gücləndirdiyini öyrəniblər. Təlim gənclərin rəqəmsal bacarıqlarının artırılmasında bu alətlərin praktiki faydasını göstərməklə, iştirakçılara öz təşkilatlarında tətbiq edə biləcəkləri yeni yanaşmalar qazandırıb.

-1 / 4

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
azertag.az

1Sources