EN

Nazir Agentliyin sədrinə yeni müavin təyin etdi

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Anar Əliyevin müaviq əmri ilə Samir Şixiyev qurumun İdarə Heyəti sədrinin müavini təyin edilib. 

Qeyd edək ki, Samir Şixiyev bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.

Samir Şixiyev 2004-2025 ci illərdə Akademik Mirqasimov adına Resbuplika Klinik Xəstəxanasında cərrah işləyib. O, 2016-cı il Aprel döyüşlərində həkim kimi iştirak edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
12
news.milli.az

10Sources