EN

Paula Pinyu: “Ukraynanın 2026 2027 ci illər üçün maliyyə...”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, sülh danışıqlarını müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ Şurasının Prezidenti Antonio Kosta və NATO Baş katibi Mark Rutte ilə bir araya gələcək.

"Cebheinfo.az" xəbər verir ki, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu gündəlik mətbuat konfransında görüş haqqında məlumat verib.

Pinyu görüşlə bağlı bütün detalları paylaşa bilməyəcəyini qeyd edərək əsas gündəm mövzusunun sülh prosesi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Zelenskinin Ursula fon der Leyen, Kosta və Rütte ilə keçirəcəyi görüşdə dondurulmuş Rusiya aktivlərindən istifadənin də müzakirə ediləcəyi gözlənilir:

“Bu mövzu üzrə danışıqların gələn həftə keçiriləcək Aİ Liderlər Zirvəsinə qədər davam edəcəyi gözlənilir. Bu zirvədə Ukraynanın 2026–2027-ci illər üçün maliyyə ehtiyaclarının qarşılanmasına dair yekun qərarın qəbul edilməsi hədəflənir”.

NATO-nun yazılı açıqlamasında isə görüşün Ruttenin rəsmi iqamətgahında keçiriləcəyi qeyd olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
cebheinfo.az

2Sources