EN

Niderland Ukraynaya 700 milyon avro ayıracaq

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Niderland hökuməti Ukraynaya əlavə 700 milyon avro ayıracaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Ukraynaya dəstəyinə görə Niderlanda və XİN rəhbərinə (David Van Vilə - red.) minnətdaram. 2026-cı ilin əvvəlində hərbi təchizatın davam etdirilməsini təmin etmək qərarı həqiqi həmrəyliyin nümayişidir.

Bu mühüm addım Ukraynada və bütün Avropada sülhə, təhlükəsizliyə və azadlığa olan ümumi sadiqliyimizi gücləndirir", - Andrey Sibiqa qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
118
3
cebheinfo.az

2Sources