
Niderland hökuməti Ukraynaya 700 milyon avro ayıracaq.
Missiya.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, vəsait 2026-cı ildə Ukraynaya hərbi dəstək üçün istifadə olunacaq.
"Niderland 2026-cı ilin birinci rübündə Ukraynaya hərbi dəstək üçün daha 700 milyon avro (815 milyon dollar) ayıracaq", - deyə vurğulanıb.
Qeyd olunub ki, Niderlandın xarici işlər naziri David van Vil də Ukrayna üçün vəsait ayrıldığını təsdiqləyib.
Daşqın HəsənovMissiya.Az