Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Olmaz belə danışmaq. Bunun qabağını alan olmayacaq? Tamaşaçı bizə baxır, həzz almalı, ibrət götürməlidirlər. Onların əsəbləri ilə oynamamlıyıq. Verilişə baxanda əsəb keçirdirəm. Ona görə də baxmıram. Hərdən oturub çay içəndə deyirsən, görüm nədir. Baxırsan "zoopark"... Mümkün deyil".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Öz aramızda" proqramında deyib. Müğənni verilişlərdə baş verən hadisələri tənqid edib. O bildirib ki, proqramlarda qeyri-etik hadisələr təqdim edilir:
"Deyə bilmərəm, filan müğənni niyə belə oxuyur? Deyə də bilmərəm səviyyəsizdir, "bozbaşdır", "küftədir"... Hərə öz sevdiyinə qulaq asır. Xoşun gəlmir qulaq asma".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.