EN

Beyləqanda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb

BEYLƏQAN, 8 dekabr. TELEQRAF

Beyləqanda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Birinci Aşıqlı kəndi ərazində baş verib.

Hərəkətdə olan "Qazel" markalı avtomobil "Xazar Lada" markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillərdə olan 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
50
4
teleqraf.com

5Sources