AZCON Holding şirkətlərindən olan ADY bu ilin 11 ayı ərzində 350 blok-qatar, o cümlədən 128 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd olunan dövrdə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (105 496 TEU) təxminən 18 faiz çoxdur.

Bizim.Media