EN

TƏBİB-dən media ilə ünsiyyətdə yeni mərhələ: 5 mindən çox sorğu cavablandırılıb, 30-a yaxın maarifləndirici layihə icra edilib » AzadMedia.az


“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu qurumun 2025-ci ilin ilk 11 ayı ərzində media ilə əməkdaşlıq istiqamətində gördüyü işlər barədə məlumat verib.

Onun sözlərinə görə, bu dövrdə müxtəlif media subyektlərindən şöbəyə ümumilikdə 5 060 media sorğusu daxil olub:
“4 953 sorğu operativ şəkildə cavablandırılıb, 107 sorğu isə TƏBİB-in səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara yönləndirilib”.

Elnur Hidayətoğlu bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti tərəfindən həm əhalinin, həm də tibb işçilərinin maarifləndirilməsi məqsədilə 22 maarifləndirici layihə və 8 videolayihə icra olunub.

O əlavə edib ki, gələn il media ilə daha sıx inteqrasiya, müxtəlif media qurumları ilə strateji tərəfdaşlıq və yeni birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Chosen
32
1
azadmedia.az

2Sources