EN

Avstraliyada meşə yanğınları tüğyan edir

Avstraliyanın Yeni Cənubi Uels və Tasmaniya ştatlarında baş verən meşə yanğınlarında 1 yanğınsöndürənin həyatını itirdiyi, 39 evin isə tamamilə yandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yeni Cənubi Uels ştatının rəsmiləri, Bulahdelah bölgəsində 4 dekabrda başlayan meşə yanınına müdaxilə edən 59 yaşlı bir yanğınsöndürənin üzərinə ağac aşdığını və nəticədə həyatını itirdiyini açıqlayıblar.

Yeni Cənubi Uelsdə 52 fərqli bölgədə yanğınların davam etdiyi, onlardan 9-nun hələ də nəzarət altına alına bilmədiyi, ümumilikdə 3 min 500 hektar meşəlik ərazinin yandığı bildirilib.

Rəsmilər ştatda 20 evin tamamilə yandığını və yanğınların təsirinin qarşıdakı günlərdə də davam edəcəyini proqnozlaşdırdıqlarını qeyd ediblər.

Avstraliya Yayım Korporasiyasına (ABC) danışan Tasmaniya rəsmiləri isə bir sahil qəsəbəsində həftəsonu baş verən və sonradan söndürülən yanğınlarda 19 evin yandığını bildiriblər.

Səlahiyyətlilər qəsəbəyə gedən yolların hələ də bağlı olduğunu və sakinlərin evlərinə dönməsinin təhlükəli olduğunu vurğulayıblar.

Chosen
108
cebheinfo.az

1Sources