EN

Dil normalarına görə cərimələr ediləcək RƏSMİ

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu günə qədər Audiovizual Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşsını tam alıb. Televiziyalarda və radiolarda çox nadir hallarda hansısa əcnəbi söz reklam çarxında istifadə olunsun. Əvəllər belə deyildi. Bir neçə il əvvəl tez-tez görürdük ki, reklam çarxlarında əcnəbi sözlərindən istifadə olunur. Verilişlərdən fərqli olaraq reklam çarxları elə məhsuldur ki, insan bunu gün ərzində bir neçə dəfə görür".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.

Şura sədri bildirib ki, verilişlərdə və proqramlarda vəziyyət qənaətbəxş deyil: "Bunun obyektiv və subyektiv səbəbləri var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün televiziya və radio məkanında 800 saatlıq məhsul efirə verilir. Şuranın monitorinq şöbəsində cəmi 6 nəfər çalışır. Fiziki olaraq 6 nəfərin 15 televiziya və 20 radionun monitorinqi izləməsi, qeyd etməsi çətindir. Süni intellektdən istifadəyə qərar verdik. Bir şirkətlə danışdıq, soft hazırlandı. Hazırda o soft test rejimində işləyir. Demək olar, 40-a yaxın ən tez istifadə olunan əcnəbi sözü proqrama daxil etdik. Noyabrın ilk iki həftəsini kanallarımızı monitorinq etdik. Hardasa 3000 dəfəyə yaxın əcnəbi sözlər aparıcılar tərəfindən istifadə olunmuşdu. Məsələn, "okey" sözü 104 dəfə işlənmişdi. Biz bu sözləri toplayaraq yanvar ayından başlayaraq kanallara və radiolara göndərəcəyik. Orada göstərəcəyik ki, sizin filan aparıcı bu verilişdə əcnəbi sözdən istifadə etdi. Aparıcılar özləri nəticə çıxarmalıdırlar. Üç aydan sonra Audiovizual Şura "Dil haqqında" qanundan irəli gələrək müəyyən tədbirlər görəcək. Qanunda nəzərdə tutulmuş cərimələr də var. Bu, 500 manatdan 1000 manata qədərdir. Biz istəmirik mediamızı cərimə edək və s. Maddi baxımdan vəziyyət kifayət qədər çətindir. Lakin etməliyik, başqa çıxış yolumuz yoxdur".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
75
1
olke.az

2Sources