Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cənubi Afrika sahillərində son 10 ildə təxminən 62 min Afrika pinqvinin açlıq səbəbi ilə həyatını itirdiyi məlum olub. Yeni aparılan bir araşdırma, iqlim dəyişiklikləri və intensiv balıqçılıq fəaliyyətlərinin pinqvinlərin sayını yalnız 8 il içində təxminən 95% azaltdığını göstərib.
Bizimyol.info xəbər verir ki, Exeter Universitetinin Koruma Biologiyası üzrə mütəxəssisi Richard Sherley, bu azalmağın yalnız Cənubi Afrika ilə məhdudlaşmadığını və son 30 ildə Afrika pinqvinlərinin dünya üzrə sayının 80%-dən çox azaldığını qeyd edib.
Afrika pinqvinləri hər il təxminən 20 gün ərzində quruda qalaraq tük dəyişdirirlər. Bu dövr ərzində yemək tapa bilmədikləri üçün əvvəlcədən kifayət qədər yağ rezervi yığmaları həyati əhəmiyyət daşıyır. Lakin 2004-2011-ci illər arasında əsas qida mənbələri olan sardalya balıqlarının sayı, təxminən 25% azalıb.
Sherley, pinqvinlərin tük dəyişdirmə mərhələsindən əvvəl və ya dərhal sonra kifayət qədər qida tapa bilməmələrinin onların sağ qalma şanslarını çox çətinləşdirdiyini vurğulayıb. Bu səbəbdən, ölü pinqvinlərin böyük hissəsinin dənizdə öldüyü bildirilib.
Bu dövrdə, Afrika pinqvinlərinin ən mühüm iki artma sahəsində geniş miqyaslı aclıq baş verib və nəticədə təxminən 62 min yetkin pinqvin ölüb. Ekoloq Robert Cravford və komandası, sardalya ehtiyatlarındakı azalmanın səbəbi olaraq insan təsirli iqlim dəyişikliyinin yaratdığı temperatur və duzluluq dəyişikliklərini və balıqçılıq təzyiqinin artdığını qeyd edib.
Sherley, pinqvinlərin sağ qalma şanslarının, xüsusilə tük dəyişdirmə dövründə, əsasən yemək ehtiyatlarına bağlı olduğunu bildirib. O, 2006-cı ildə sardalya ovlanmasının 80%-ə qədər artmasının, ətraf mühitdəki dəyişikliklərlə birlikdə pinqvin ölümlərini daha da artırdığını vurğulayıb.
Hazırda Afrika pinqvinlərinin sayı 2024-cü ilə qədər 10 minin altına düşdüyü üçün bu növ, tükənmə təhlükəsi altındadır. Ekspertlər, bu meyil davam edərsə, Afrika pinqvinlərinin növbəti 10 il ərzində tamamilə yox olma riski ilə üzləşə biləcəyini bildirirlər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.