EN

Həqiqətən bu istiqamətdə problemlər mövcuddur AMEA prezidenti

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Dil millətin milli kimliyinin əsasıdır. Həqiqətən bu istiqamətdə problemlər də mövcuddur. Reklam bazarında, efir məkanında, elmi tədqiqat əsərlərində, dərsliklərdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.

"Düşünürəm ki, burada olan qurumlar, bizi eşidən cəmiyyətin nümayəndələri bir yerdə bu məsələləri müzakirə edib həlli yollarını tapıb aradan qaldırmağa borcludur. Bu, ümummilli vəzifədir. Hazırda AMEA-da proqram şəklində hazırlanma prosesində olan 15 cildlik Azərbaycan tarixinin hazırlanmasında Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcəkdir. Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır ki, bizim Sovet dövründən əvvəlki dövrü əhatə edən xəritələrimiz Azərbaycan toponimlərinin dilçiliyə, coğrafiyaya, milli kimliyimizə aid olan toponimlərimizin yayılma arialının coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcəkdir", - deyə AMEA prezidenti bildirib.

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
unikal.az

1Sources