EN

Xabi Alonso hakimi tənqid etdi

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Xabi Alonso hakimi tənqid etdi

"Real"ın baş məşqçisi Xabi Alonso La Liqanın 15-ci turunda "Selta"ya uduzduqları (0:2) matç haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edərkən baş hakim Alehsandro Qonzalesin qərarlarından narazı qaldığını da vurğulayıb: 

"İstədiyimizi ala bilmədik. Yüksək tempdə oynamaq və güclü rəqibə qarşı pressinq etmək istəyirdik, amma nə isə çatışmırdı. Militaonun zədəsi planlarımızı pozdu. Onsuz da çoxlu zədə problemimiz var, indi isə daha bir problemimiz artdı. Rəqibin hücumlarına reaksiya vermək çətin idi. Bu vəziyyətə görə əsəbiyəm.

Hakimin qərarı tarazlığı pozdu. İtirilən vaxtı nəzərə almadı, oyun tempimizi korladı. Fernandezin meydandan qovulması çox mübahisəli idi. Bu, xoşuma gəlmədi".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
1
qol.az

2Sources