EN

AMEA prezidenti: Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalıdır

ain.az, Apa.az saytına istinadən bildirir.

"Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı, onun fəaliyyəti aktivləşdirilməlidir".

APA xəbər verir ki, AMEA-nın prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bundan əlavə, AMEA-nın köməyi ilə televiziyalardakı Azərbaycan dili ilə bağlı proqramlar yenidən təşkil olunmalıdır. Onu da qeyd edim ki, hazırda orfoepiya lüğəti də hazırlanır. Həmçinin neologizmlər lüğətinin də hazırlanmasını düşünürük”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
2
apa.az

3Sources