Azərbaycanın bəzi bölgələrində dekabrın 8-də səhər saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa isə qar yağıb.
Doğru.az xəbər verir ki, düşən yağıntının miqdarı Lənkəranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14 mm, Zərdab, Şərur, Sabirabad və Kürdəmirdə 12 mm, Şəki və İmişlidə 10 mm, digər bölgələrdə isə 1–9 mm arasında dəyişir.
Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı, Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi proqnozlaşdırılır.
DOĞRU.AZ